​Binədə FACİƏVİ HADİSƏ -altı yaşlı uşaq pəncərədən YIXILDI

​Binədə FACİƏVİ HADİSƏ
09:17 11.09.2023
109 Hadisə
A- A+

Bakının Xəzər rayonununda altı yaşlı uşaq evin ikinci mərtəbəsindən yerə yıxılaraq ağır xəsarətlər alıb.

Sulh.info.az "Report"a istinadən xəbər verir ki, Binə qəsəbəsi, Mehriban qonşular deyilən ərazidə 2017-ci il təvəllüdlü Ələkbərli İbrahim Ruhin oğlu ehtiyatsızlıqdan yaşadığı evin ikinci mərtəbəsindən yerə yıxılıb.

 

Azyaşlı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və təpə sümüklərinin sınığı diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.