AVRO-2024-ə vəsiqə qazanmaqda ciddi üstünlüyü əldən verən Türkiyə millisinin baş məşqçisi Stefan Kuntsun postundan göndərilməsi gündəmə gəlib.
Ermənistanla 1:1 hesablı heç-heçədən sonra Stefan Kunts tənqid edilib. Əsas heyət oyunçuları seçimində tənqid edilən baş məşqçinin qovulacağı iddia edilir. Məlumata görə, Abdullah Avcı millinin baş məşqçisi postuna ən real namizəddir.
Eyni zamanda Fatih Terim və Sergen Yalçının da adı çəkilir.
Qeyd edək ki, Abdullah Avcı 2014-cü ildə Dünya Çempionatının seçmə mərhələsində 6 matçda iki qələbə qazandığı üçün postundan göndərilib. Abdullah Avcı 2021-2022 mövsümündə “Trabzonspor”u çempion edib.