​Dünən Bakıda temperatur iqlim normasından 2.5 dərəcə aşağı olub - FAKTİKİ HAVA

​Dünən Bakıda temperatur iqlim normasından
10:44 11.09.2023
103 Toplum
A- A+

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 11-nə olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan güclü külək səhər saatlarından zəifləyib.

Xidmətdən  verilən xəbərə görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Astarada 31 mm, Lənkəranda 21 mm, Yardımlıda 9 mm, Qusar, Qax (Sarıbaş), Naxçıvan, Şahbuz, Ordubad, Ağdam, Balakən, Quba, Beyləqan, İmişli, Cəfərxan, Biləsuvarda 4 mm-dək olub.

Duman Qrız, Lerikdə müşahidə olunub.

Sentyabrın 10-da temperatur Bakıda iqlim normasından 2.5 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək isti, Naxçıvan MR-da 26-30 dərəcə isti, Aran rayonlarında 25-29 dərəcə, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.