​STM-in Qubad İbadoğlu ARAŞDIRMASI: iddialar, sənədlər, sübutlar ...3-cü YAZI

​STM-in Qubad İbadoğlu ARAŞDIRMASI:
12:45 11.09.2023
119 Siyasət
A- A+

LAYİHƏSİ 

 

3-cü  hissə

Haşiyə:Ölkədə kimsənin xəbəri yoxdur, ancaq Amnesty İnternational”-onun haqqında ölkəmizdə məlum olmayan “sürgündə siyasi mühacir” sirri ilə bağlı məlumatlıdır.

“Amnesty İnternational” təşkilatı Q.İbadoğlu ilə bağlı son açıqlamasında yazıb: “Azərbaycan hakimiyyəti 2014-cü ildə   İqtisadi Tədqiqatlar Mərkəzini zorla bağlayıb və bank hesablarını dondurub. Qubad İbadoğlu 2017-ci ildə siyasi mühacirətə(sürgünə-red.) gedib, 2023-cü ildə Azərbaycana qayıdıb”.

zay1.jpg (56 KB)

  İbadoğlunun qayıtması ilə bağlı hamının xəbər tutmasına rəğmən, onun “siyasi mühacirətə”- “exile”-sürgünə getməsini kimsə bilməyib..İnanmayanlar, artıq Süni İntellektlə işləyən Google axtarış sisteminə müraciət ediə bilər..“Qubad İbadoğlu siyasi mühacirət” yazın.Heyrətamiz-“sıfır”-nəticə alınır!

Mediada nə əvvəl, nə də son dövrdə belə bir xəbər yer almayıb. Nə də hazırda tirajlanan “İbadoğlu apologiyasında” kimsə “sürgündə olan professor, siyasi mühacir professor” epitetini işlətmir!?

Axı necə ola bilər ki, ancaq “Amnesty”-onun haqqında ölkəmizdə məlum olmayan “sürgün” sirri ilə bağlı məlumatlıdır!?

  • İbadoğlu ilə bağlı sirr pərdəsini aça biləcək fiqur: petisiya təşəbbüsü başladan 92 yaşlı Arien Mack kimdir?

2023-cü il iyulun 25-də, həbs edilməsindən dərhal sonra  “Change.org”saytında İbadoğlu ilə bağlı  petisiya başladılıb.[1] Sözümüzün canı, Petisiyanın “qırxının da çıxmasına”  baxmayaraq, qlobal “dəstək”fonunda 1500 imzanın hələ də toplanmaması kimi acı reallıq deyil.

Petisiyanın ilk cümləsində deyilir: “23 iyul 2023-cü il tarixində “Sürgündə Yeni Universitet Konsorsiumunun” üzvü, azərbaycanlı iqtisadçı doktor Qubad İbadoğlunun Azərbaycanda həbs edildiyini öyrənmək bizi çox kədərləndirdi.”

zay2.jpg (48 KB)

Beləliklə, İbadoğlu ilə bağlı  Amnesty-nin elan etdiyi yeni “siyasi mühacir” fəaliyyətindən əlavə  daha bir statusu  məlum oldu:

 “Sürgündə Yeni Universitet Konsorsiumunun üzvü”( “a member of the New University in Exile Consortium(NUEC). “Beynəlxalq miqyaslı” fəaliyyətləri ilə fəxr edən İbadoğlunun nə əcəb bu yeni bacarıqları ilə bağlı car cəkməməsi təəccüblü olduğu qədər də ciddi məsələdir.

 “Şəkil, sitat: “Konsorsium alimi Q.İbadoğlu”

zay3.jpg (70 KB)

Arien Mak petisiya ilə bağlı elanı rəhbəri olduğu şəəbəkənin saytında hər gün yeniləyir..

Zay4.jpg (75 KB)

Bu da hələ son deyilmiş..

İbadoğlu ilə bağlı  həm də “Dünya üzrə nəsli kəsilən, təhlükə altında olan alimlər Təşklilatı” – “Endangered Scholars Worldwide (ESW)” da bəyanat verir və petisiyaya qoşulmağa çağırır.[2] Bu boyda yeni vəzifələrdən “yerli İbadoğluçu”-ların bixəbər olması, onu elmi reqaliyalar sırasına salmaması, hansısa sirri-xudadan gizlətməsi-sensasiya kimi, həm də son dərəcə maraqlı göründü..

Beləliklə, məlum olur ki, Q,İbadoğlu ilə bağlı petisiya başladan 92 yaşlı (1931 təvəllüd)Arien Mak(Mack)-“Sürgündə(Mühacirətdə) Yeni Universitet Konsorsiumunun” (New University in Exile Consortium(NUEC), həmçinin, “Dünya üzrə nəsli kəsilən, təhlükə altında olan alimlər Təşkilatı” – “Endangered Scholars Worldwide (ESW)”adlı qurumların təsisçisi və rəhbəridir.

Məlum olur ki, bir əsrə yaxın-92 yaşı olan “Arien nənə” cəmi 1 kitabın-məşhur psixoloq-alim Irvin Rock-un əsas müəllifi olduğu “Diqqətsizlik korluğu” (çoxmənalı adlı)kitabının həmmüəllifidir. Nə işdirsə, 1 əsrdə cəmi 1 kitaba  həmmüəllif olan alim nənə, 10-a yaxın(!?) siyasi profilli “beynəlxalq alim, akademik hüquqlar, qaçqın, sürgündəki tədqiqatçılar və s.”adlı təşkilatıların təsisçisi və rəhbəri olub, indi də davam edir.

Arien Mack, Amerikanın 1919-1997-ci illərdə“Yeni Sosial Tədqiqatlar Məktəbi” (The New School for Social Research(NSSR) adlanan, sonradan isə(1997-indiyə qədər) “Yeni məktəb” adlanan universitetdə “Alfred və Monet  Marrow Psixologiya”  üzrə professorudur.(full-professor deyil).1970-ci ildən bu Universitetdə “Sosial Tədqiqatlar” jurnalının redaktoru/korrektorudur. 

  • Qərbdə siyasi-ideoloji məqsədlərlə yaradılan elmi-akademik profilli Mərkəzlərin gerçək missiyası-hamıya məlumdur

Bu mövzuya qısa nəzər salmaq Arien xanımın  fitri təşkilatçılıq istedının məqsədini görmək üçün vacibdir.

Məlumdur ki, Qərb dövlətləri əsrlərlə, başqa ölkələrin elmi-akademik resursları sahəsində çoxşaxəli  işlər aparmaq ənənəsinə malikdir. Bu ənənə Qərbin mövcudluq formasına, qanununa çevrilib.  Əvvəla, bu fəaliyyətlə, son əsrlərdəki maddi resurs/təbii sərvət sömürgəçiliyini əvəz edən, hazırda mütləq kapital/ resurs sayılan “beyin sömürgəçiliyi” həyata keçirilir, beyin köçünə əlverişli şərait yaradılır. Qərbdə yeni texnoloji innovasiyaları yaradanların 80%-nin miqrant olması buna dəlalət edir. 2-cisi, bu fəaliyyətlə Qərb-başqa hədəf ölkələrdə  “5-ci kalon şəbəkəsini” yetişdirməyə, daha da genişləndirməyə nail olur. İstənilən vaxt siyasi və geosiyasi təzyiq aləti kimi ondan istifadə edir.

Vacib haşiyə: A. Eynşteynin Böyük Atatürkə xahiş məktubu-“Mən sabiq xidmətkarınız professor Albert Eynşteyn”...Tarixin ironiyası? yaxud Qərb-Arien Mack nənə timsalında əks-həmlə-qisası

Ötən əsrdə Almaniyada Hitlerin hakimiyyətə gəlməsi ilə gerçək təqib və etnik  təmizləməyə məruz qalan yəhudi alimlərin ən tanınmışı, dahi Albert Eynşteyn Böyük Atatürkə xahiş məktubu yazmışdı. (17 iyun,1933-cü il) Məktubda Eynşteyn Almaniyada yaşayan alimlərin təhlükə altında olduğunu bildirirərək Atatürkə özünü belə təqdim etmişdi.Sitat “Mən sabiq xidmətkarınız professor Albert Eynşteyn.Almaniyada təzyiqlər altında yaşayan 40-dan çox elm xadiminin və tibb müətəxəssisinin Türkiyədə yaşayıb fəaliyyət göstərmələri üçün icazə vermənizi xahiş edirəm”. Məktub zamanın Təhsil Naziri İnönü tərəfindən rədd edilsə də, dahi rəhbər Atatürkün müdaxiləsindən sonra Almaniyadan yəhudi əsilli elm adamları, tibb mütəxəssisləri Türkiyəyə dəvət, himayə və işlə təmin edilir.Həmin alimlərin Türkiyədə elm və təhsilə də böyük töhfələr verdiyi də məlumdur.Şəkil:A.Eynşteynin Atatürkə xahiş məktubu.

zay5.jpg (47 KB)

Qısa xatırlatmanı etmək ona görə vacibdir ki, tarixdə Qərbin başqa ölkələrdə elm-təhsil, beyin potensialı ilə bağlı “ikili-üçlü”məqsədlərindən fərqli olaraq, Türkiyənın sözü gedən misalında, daxili işlərə müdaxilə etmədən  elmə və alimlərə xoş məramlı dəstək nümunəsi də var.

Bundan fərqli olaraq, Eynşteynin tarixi müraciətindən sonralar  yaradılan, sözü gedən profilli “akademik” şəbəkələr əsasən ABŞ-da və Qərbi Avropada: Fransa, Almaniya, İngiltərə, Belçika, Niderland və s. geniş fəaliyyət göstərir. Bunlara misal kimi, ABŞ-da: “Alimlər risk altında(Scholars At Risk(SAR)”, Fransada PAUSA və s., Almaniyada “OFF-University”, eləcə də onların nəzdində “matryoşka”modelli çoxsaylı təsisatlar tamamilə başqa məqsədləri hədəfləyib.

ABŞ və Böyük Britaniyada yerləşən bu təşkilatların əsas maliyyə mənbəyini özəl donorlarla, Avropada yaradılmış qurumlarda isə dövlətlər də təşkil edir. Bəzi təşkilatların Akademik Yardım Şurası (Academic Assistance Council (AAC) və Beynəlxalq Təhsil İnstitutu (Institute of International Education), daha uzun tarixə malikdir.   CARA və Scholar Rescue Fund bu sıraya aiddir. Tədricən bunlara Almaniyadakı Roza Lüksemburq Fondu və Fridrix Ebert Fondu kimi solçu siyasi partiyalarla əlaqəli yeni  fondlar da qoşulub.

Şəkil: Scholars At Risk(SAR) bəyanatı

zay6.jpg (66 KB)

İngiltərədəki “Risk altında olan Akademiklər Şurası(The Council for At-Risk Academics (CARA) da “təhlükə altında olan, sürgünə məcbur olanlara” yardım göstərir. CARA, həmçinin  risk altında olan və ya təhlükə altında qalan ali təhsil müəssisələrini dəstəkləyir.

Çox tanış gəlir, eynən məsələn, 30 illik işğal dövründə dağıdılan, müəllim tələbə heyəti etnik təmizləməyə və qaçqınlığa məruz qalan Qarabağ alimləri, tələbələri kimi. Amma biz bu qurumların adını ilk dəfə eşidirik, elə deyilmi? Həm də “sürgündəki qaçqın,mühacir alim İbadoğlu sayəsində!?

”London İqtisadiyyat Universiteti (LSE)sadalanan,Qərbdə mövcud olan demək olar bütün “sürgün alimlər şəbəkəsinin” üzvüdür və alimlərin qısamüddətli kurslarda müvəqqəti karyeralara cəlb etmək üçün əməkdaşlıq edir.

zay7.jpg (54 KB)

Şəkil: 92 yaşılı Arien Mak (Mack) cavanlığından bəri 54 ildir jurnal redaktorudur..

zay8.jpg (13 KB)

zay9.jpg (26 KB)

Qərb universitetlərinin müxtəlif ölkələrdə demokratiya  quruculuğu şüarı ilə həyata keçirdiyi, akademik elmi sahəni hədəfə alan, həm beyin axınına cəlb etmək, həm də, narazı intellektuallardan sosial baza formalaşıdırmağa yönəlik   fəaliyyətə ən çox töhfə verənlərdən biri Arien Mak xanım olub desək-yanılmarıq.

 “Ağbirçək” xanımın  alimliyi olmasa da, təşkilatçılıq istedadı misilsiz olub.

Onun bu yöndə fəallığının  ilk mərhələsi - 90-cı illərdə SSRİ-nin çökməsi ilə başlayıb. Fəaliyyət coğrafiyası-yeni çökən  sosialist düşərgəsi: SSRİ və Şərqi Avropa ölkələrindən olan alim və tədqiqatçıları əhatə etməklə, dünya üzrə “siyasi mövqelərinə görə həyat və dolanışıqları təhlükə altında” olan alimlərin, tələbələrin və tədqiqatçıların himayəsi üçün mərkəzlər yaratmaq olub.

 Bu məqsədlə, hər birinə nəhəng maliyyələr ayrılan “İctimai Təqaüd Mərkəzi”(Center for Public Scholarship) və “Jurnal Bağışlama Layihəsi”(Journal Donation Project), “İctimai Seminar(Public Seminar)” , “Dünya üzrə nəsli kəsilməkdə olan alimlər”( Endangered Scholars Worldwide (ESW)   Mərkəzləri təsis edib və direktorudur. Maliyyələri kimin ayırdığına  növbəti fəsildə toxunulacaq.

zay10.jpg (20 KB)

zay11.jpg (28 KB)

zay13.jpg (56 KB)

zay13.png (266 KB)

Şəkil:50 il jurnal redaktoru olan Arien Mack, kitablar yazmasa da çoxlu Mərkəzlər  yaradıb.[3]

  • Arien Makın “Sürgündə Yeni Universitet”yaratmasının gerçək səbəbi: Türkiyədə çevriliş cəhdi sonrası elm və təhsil sektorundakı proseslər əsas hədəf  kimi

“Soyuq müharibə”, SSRİ-nin dağılması ilə başlanan Arien Makın  “elmi -siyasi təşkilatçılıq” fəaliyyətinin ikinci mərhələsinin, məxsusi olaraq, Türkiyə ilə  bağlı olması diqqəti cəlb edir.Bu mərhələdə:

1.Türkiyədə ilk olaraq “akademik etirazlar”adı ilə məlum olan hadisələr, “Barış-için Akademiklər”(BİA) (Academics for Pease(AfP) hərəkatını dəstəkləyir:

  1. 15 iyul, 2015-ci il dövlət çevrlişi cəhdlərindən sonra baş verən proseslərdə “akademik-alimləri” hədəf qrupu kimi seçən yeni təşkilat yaradır.

“Sürgündə Yeni Universitet” yaratmaq ideyası ilə bağlı verdiyi çoxsaylı müsahibələrində, məqsədin: “Türkiyədə alimlərin təhlükəyə, təzyiqə, təqibə məruz qalması” fikrini təkrarlaması bunu aşkar göstərir.

Arien Makın, “Sürgündə Yeni Universiteti” yaratdığı ərəfədə Türkiyəni hədəfə gətirən əsas hadisələrlə xronoloji ardıcıllıqla qısa nəzər salaq.

Məntiqi sual: yuxarıda sadalanan, Amerika və Avropada xeyli əvvəldən mövcud olan “Alimlər risk altında”, "Qaçqın Akademiklərinə Yardım Şurası"və s. ad və profilli təşkilatlar olduğu, Arien Makın özünün də bu təşkilatlarda üzv olduğu, 2007-ci ildən “Nəsli kəsilməkdə olan alimlər” layihəsini yaratdığı, özəlliklə, eyni profilli 4-5 siyasi təşkilatın direktoru da olduğu halda, 87 YAŞINDA ANALOJİ YENİ TƏŞKİLATI YARATMAĞA hansı ehtiyac/zərurət(enerji və maliyyə) var idi?!

Qeyd edildiyi kimi, Arien Makın “Sürgündə Yeni Universitet” yaratmasının gerçək səbəbi, Türkiyədə və xaricdə  “akademik müqaviməti” formalaşdırmaq və dəstəkləmək,  dövlət çevriliş cəhdi sonrası isə elm və təhsil sektorundakı proseslərə paralel olaraq, alim-beyin axınını, gərəkən zamanda onları Türkiyə daxilindəki siyasi proseslərdə icraçı kimi istifadə  etmək idi.

 Müsahibəllərindən birində, o,“Sürgündə Yeni Univeritet”yaratmaq zərurəti nədən irəli gəldi?-sualına  belə cavab verir.  Sitat:” Uzun illər mən  çalışdığım   Universitetə   Türkiyədən və İrandan təhlükəyə məruz qalan adamları   gətirirdim.Bir neçə il əvvəl düşündüm ki, bu azdır.Daha çox nəsə etməliyik.”[4]

zay14.jpg (109 KB)

Arien Makın 2007-ci ildən  təsis etdiyi “Endangered Scholars Worldwide”-“Dünyada nəsli kəsilməkdə olan alimlər” adlı təşkilat “əzabkeş, nəsli kəsilməkdə olan alimlər üçün təsnifat hazırlayıb, onları aşağıdakı kimi təsnif edir. [5]

“Nəsli kəsilməkdə olan alimlər”:

  1. 1. Öldürülmüş və itkin düşmüşlər(Killed & Disappeared );
  2. Məhkəməyə cəlb edilən və Təqib edilənlər(Prosecuted &Persecuted);
  3. Vəzifələrini itirənlər(Loss of Position );
  4. Azad edilən, işdən qovulanlar(Released). 

Yeni yaradılacaq Universitetin adı ilə bağlı seçilən ifadə -1933-cü ildə Almaniya və Fransadan Hitler  faşizmindən qaçan (A.Eynşteyin də olmaqla) yəhudi və alman alimləri dəstəkləmək üçün təsis edilən     “Sürgündə Universitet” (The University in Exile) nümunə/  modelinin sadəcə kopyalanması, deyil, həm də tarixi hadisənin əhəmiyyətini cılız məqsədlər üçün sui-istifadə etmək idi.  Arien Mack 85 il əvvəl  gerçək təqiblərdən xilas olmaq üçün yaradılan “Sürgündə Yeni Universitet”  adına sadəcə “Yeni ” sözünü əlavə etmişdi (The New University in Exile Consoritum (NUEC).

Bununla da, nəcib tarixi  akademik hərəkatla bağlı olan “sürgün-mühacirət” ifadəsi Arien Mak tərəfindən istismar edilib. Maraqlıdır ki, 87 yaşında təsisçi olan xanım onda və indi fərqli məqsədlərin olmasını da gizlətmir. Belə ki, 1933-cü ildə sürgündəki  Universitet Hitler rejimindən qaçan alimlər üçün sığınacaq idi. Yeni təşkilatı ilə bağlı Arien deyir: Sitat: “təşkilat "sadəcə sürgündə olan alimlərlə işləməklə kifayətlənmir. Sürgündə olması lazım olan alimlərin (!?)aşkarlanmasına, buraya gəlməsinə və digər ölkələrdə yerləşdirilməsinə kömək etməyə" qədər fəaliyyəti genişləndirir. 

Xatırladaq ki, Türkiyədə “akademik qiyam, üsyan, etiraz” ocaqları yaratmaqla bağlı Qərb layihələri çoxdan reallaşdırılırdı. Türkiyədə kürd terrorizmi ilə mübarizə, saxta soyqırımla bağlı qlobal şəbəkələşən ermənilər, yerli 5-ci kalon və s. qüvvələr də bu layihələrdə icraçı rolunda iştirak edirdi.

Hələ 2012-ci ildən Türkiyədə PKK-çılara qarşı antiterror  əməliyyatlarına qarşı çıxan    “akademiklərlə” bağlı hüquqi tədbirlər gedişində bir qrup akademik “Barış-için Akademiklər”(BİA) (Academics for Pease(AfP) adlı hərəkat təşəbbüsü ilə çıxış etdi. Hərəkat həbs edilən  terorçu kürd məhbusların aclıq aksiyası elan etməsi ilə eyni vaxtda irəli sürüldü.

zay15.jpg (56 KB)

İlkin olaraq, Türkiyə hüquq mühafizə orqanları  Kocaeli Universitetindən 12 akademiki "terrorun təbliğinə" görə istintaqa cəlb etdi. Türkiyənin daxili işlərinə müdaxilə edən Qərb təşkilatları “Barış için Akademiklər”(BİA) hərəkatını fürsət bilərək qlobal petisiya/kampaniya başlatdı.Petisiyanı amerikalı  filosof Noam Çomski və Avropa da  daxil olmaqla 1128 türk və beynəlxalq professor və ziyalı imzaladı.Həmin vaxtdan Türkiyə daxilində  geniş şəbəkə quran hərəkat “bianet”adlı internet saytı və çoxsaylı digər resurslar yaradılıb. Ümumilikdə Türkiyədə “alimlərə təzyiq” şüarı ətrafında olduqca qlobal bir şəbəkə formalaşdırılıb.

Bu şəbəkənin 2021-ci ildə Boğaziçi universitetinə yeni rektorun təyinatı, eləcə də, universitetdə cinsi azlıqların hüquqları adı altında keçirilən aksiyalarla bağlı tədbirlərə görə başladılan  petisiyanı Arien Mak  da daxil olmaqla 3317 nəfər alim imzalayıb.

zay16.png (335 KB)

Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan petisiyanı imzalayanları sərt tənqid etdi.Sitat: "Özlərini akademik adlandıran  kütlə bəyanatı ilə dövlətə qarşı ittihamlar irəli sürür. Təkcə özləri deyil,xariciləri də bu işə cəlb ediblər. Bu, sadəcə müstəmləkəçilik düşüncəsidir".

Türkiyədə “akademik şəbəkələşmənin” PKK-çılara qarşı əməliyyatları pisləyən fəaliyyətini öz təşkilatları ilə dəstəkləyən Arien Mak, 15 iyul, 2015-ci  il dövlət çevrilişi cəhdindən sonra yaranmış vəziyyətdən sui-istifadə edərək yeni təşkilat yaratmağa qərar verir.

Məlumdur ki, dövlət çevrilişinin arxasında duran, terrorçu təşkilat elan edilən “Fətulla Gülən, Hizmət hərəkatı” ölkə daxilində güc strukturlarına (ədliyyə, polis, ordu) sızmaqla yanaşı, həmçinin, daxildə və xaricdə qlobal elm və təhsil məkanınnın hiss edilən oyunçusu statusuna qədər yüksələ bilmişdi. Şəbəkəsinə 6 milyona yaxın davamçı cəlb edildiyi qeyd edilən hərəkatın,   çevriliş sonrası iki il davam edən fövqəladə vəziyyət, istintaq prosesləri, 15 universitet, minlərlə, elm, ali və orta təhsil, mədəniyyət, maarif, media, təhsil, hazırlıq kursları və s. qurumlarda kök salanların araşdırılması, nəticəsində  çoxsaylı “narazı, işsiz alim-tədqiqatçı-tələbə şəbəkəsi”  formalaşmışdı.

Bu şəbəkə- PKK dəstəkçisi olan kürd, eləcə də, erməni tədqiqatçıların  “Barış üçün akademiklər” siyasi hərəkatı da nəzərə alınarsa, çevriliş sonrası “elmi-akademik-tədqiqatçı” narazıları Qərbdən yönləndirilən  müdafiə kampaniyaları ilə daha da genişləndi. Rəsmi statistikaya görə, “Hizmət Hərəkatının” həbs edilən 40.000, istefa və ya təqaüdə göndərmə səbəbindən işini itirən, proseslərə qarşı təşkilatlanan 110.000 nəfəri arasında alim- tədqiqatçıların əhəmiyyətli  sayı olub.

“Türkiyə Akademiyası-Fövqəladə Vəziyyətdə” adlı xarici hesabatda qeyd edilirdi ki, sərəncamla vəzifəsindən azad edilən 6081 akademikdən 2493-ü sosial və humanitar elmlər, 3067-si isə təbiət və tətbiqi elmlər üzrə ali təhsilli olub.. Fundamental-təbiətşünaslıq elmləri, incəsənət və və s. sahələrdən qovulmuş akademiklərin sayı müvafiq olaraq 342 və 81 nəfər olub (Academics for Human Rights 2018). Bu rəqəmlərə görə, akademik təmizləməyə nisbətən daha çox tətbiqi/dəqiq elmlər üzrə akademiklər məruz qalıb. 

Şübhəsiz ki, Arien Mack və Qərb-Avropa ölkələrində yaradılan yeni mərkəzlərin əsas məqsədi bu narazı kəsimi Türkiyəyə qarşı istifadə edilə biləcək qüvvə kimi yönləndirmək, yetişdirmək və sui-istifadə etməklə yanaşı, həm də beyin potensialını ələ keçirmək olub.

Çevriliş sonrası Arien Mak 2016-cı ildən rəhbəri olduğu qurumları adından davamlı bəyanatlar   verib. [6]       Şəkil: “Nəsli kəsilmiş alimlər Təşkilatı”nın bəyanatı

zay17.jpg (44 KB)

Şəkil: Arienin “İctimai Seminar”(Public Seminar)təşkilatının bəyanatı:

zay18.jpg (59 KB)

zay20.jpg (73 KB)

zay21.jpg (68 KB)

Türkiyədə 2015-ci il 15 iyul çevrilişinə cəhd sonrası Qərbdə yaradılan mərkəzlərin məqsədləri sırasında “beyin axıına” təkan vermək də olub. Hizmət hərəkatına aid təhsil müəssisələrində, dəqiq elmlər sahəsində  tədqiqatçı-alimlərin olması sirr deyil. Bu baxımdan, Qərbdə yaradılan, “narazı alimlərdən 5-ci kalon yetişdirən” şəbəkənin məqsəd bir tərəfdən, beyin axınına töhfə verməklə, digər tərəfdən, həm Türkiyədə, həm də digər hədəf ölkələrdə (Azərbaycan və s.) planlaşdırılan siyasi ssenariləri icra edəcək etirazçı şəbəkənin miqyas, say və nüfuz dairəsini genişləndirmək olub, indi də belə qalmaqdadır.

Beləliklə, Gülən-Hizmət hərəkatı mənsublarının total  istintaq və təmizlənməsi proseslərinə paralel olaraq, Qərbin “elm-alim ovçusu” olan və ya elmə-alimliyə aidiyyəti olmayanları “tədqiqatçı” adı altında himayə edən sözü gedən bəlli mərkəzlər daha da fəallaşdı. Öz nəzdində yeni şəbəkələr qurmağa start verdi.

Olduqca maraqlı olan məqam, Türkiyədə çevriliş cəhdi sonrası elm və təhsil sektorunda “hizmətçilərin təmizlənməsi” proseslərinə paralel olaraq, AMERİKADA, FRANSADA, ALMANİYADA onları hədəfə alan yeni Mərkəzlər yaradılmağa başladı.

Fransanın “PAUSE Proqramı” 2016-cı ilin oktyabrında elan edildi və 2017-ci ilin yanvarında Təhsil və Tədqiqatlar Nazirliyi, College de France və Paris Universitetləri Kansleri arasında razılaşma ilə rəsmi olaraq təsis edilib. İlk 2 ildə PAUSE proqramına cəlb edilənlərin 60%-i Türkiyədən olub. Onlar hətta vizasız, pasportsuz qəbul edilirdi. 2017 və 2019-cu illər arasında PAUSE Proqramından faydalanan 201   alimin 33%-i Türkiyəli  PhD tələbələr idi.

Həmçinin Almaniyada, Türkiyədə çevriliş sonrası- 2017-ci ildə tədqiqatçı axınla  bağlı "Almaniyada Sürgündə olan Akademiya" (Academy in Exile in Germany ), 2018-ci ildə Almaniyada "Universitetdən kənar"(Off-University ),  2019-cu ildə Belçikada "Brüssel Azad Universitétinin Həmrəylik Fondu" (Université Libre de Bruxelles’s Solidarity Fund ) yaradıldı!

zay22.jpg (123 KB)

Türkiyədə çevriliş sonrası yaranan durumla bağlı Avropadakı bu qızğın fəallıq fonunda, Amerikada  Arien Mack  artıq sayca neçənci Mərkəzini yaratmağa inandırmaq la bağlı sağa-sola açıqlamalar verir, israrla  maliyyə mərkəzləri axtarır, universitet rəhbərlərini dəstək olmağa dəvət edirdi.  Türkiyə ilə bağlı davamlı reportajları öz təşkilatlarının saytında yayımlayırdı. Dolayısı ilə,  “Yeni Sürgün Universitetinin”  yaratmasına Türkiyədəki hadisələrin, minlərlə alim və müəllimin həbsi və işdən azad edilməsinin səbəb olduğunu izah ediri. [7]

Ankarada polis akademiklərin özlərinin universitetlərdən qovulmasına etiraz olaraq atdığı akademik geyim-mantiyaları tapdalayır /In Ankara, police trample academic regalia laid down in protest against the dismissal of academics from universities

zay23.jpg (85 KB)

zay24.jpg (148 KB)

Arien Mak öz təklifinə əvvəlcə dəstək qazana bilmir. Belə ki, artıq sözü gedən profili Mərkəzlər var idi və onlar özlərinə ayrılan maliyyəyə şəriklərin olmasını, bir sözlə rəqiblər istəmirdilər. Ta ki, soyadları yaxşı bəlli olan, dünya erməni diasporunun sifariş və maliyyəsinə muzdla xidmət edən rəsmilərin müdaxilə etməsinə qədər.

 Sitat: “2016-cı ildə BMT qaçqın böhranı ilə bağlı böyük tədbir təşkil etmişdi. Kolumbiya Universitetinin prezidenti, o vaxtkı ABŞ-ın BMT-dəki səfiri Samanta Pauerin təklifi ilə məni dəvət etmişdi. Orada təhlükə altında olan akademiklərə yardımla bağlı ictimai toplantı təşkil etdik. Məhz həmin görüş zamanı ideyanı çox dəstəkləyən Kolumbiya Prezidenti tərəfindən ruhlanaraq, “Sürgündə Yeni Universitet Konsorsiumu”nu yaratmaq qərarına gəldim. ABŞ-dakı universitetlərinin prezidentlərinə məktub yazaraq, onları sürgündə olan, təhlükə altında olan alimlər üçün icma yaratmaq işində bizə qoşulmağa dəvət etdim. Kolumbiya, Braun, Corctaun, Yale ilk qoşulan universitetlərdən oldu.

Beləliklə, 2018-ci ilin avqust ayında yaradılacaq Mərkəzlə bağlı mediada  “təhlükədə olan alimlərlə bağlı universitetlər konsorsium yaradır” başlıqlı anonslar verilir. Zərurət kimi ilk sırada Türkiyənin adı çəkilir.[8]

zay25.jpg (31 KB)

zay26.jpg (104 KB)

zay27.jpg (102 KB)

zay28.jpg (67 KB)

Nəhayət   Arien Mack 2018-ci il,sentyabrın 6-da  arzusuna çatır. “ Sürgündə Yeni Universitetin”  (New University in Exile Consortium) təqdimat mərasimi keçirilir. Təqdimatla bağlı media xəbərlərində ilk başda Türkiyədə alimlərin etirazları ilə bağlı xəbərlər  və Arienin fotoları qoşa gəlir.[9] Sitat “Evlərində təhlükə altında olan qaçqın alimlər ABŞ universitetlərində akademik sığınacaq tapırlar”.

zay29.jpg (69 KB)

zay30.jpg (62 KB)

Növbəti şəkil: Anti-akademik qəzəb qloballaşdıqca, 11 Amerika kollecli “Sürgündə Universiteti” dirçəldir.” [10]

zay31.jpg (72 KB)

  “ Sürgündə Yeni Universitetin”  (New University in Exile Consortium) təqdimat mərasimi etdi. [11]  Şəkil:Arian Mak(Arian Mack)

zay32.jpg (34 KB)

“Sürgündə yeni Universitet Konsosiumu” (New University in Exile Consortium) Nyu-Yorkda yerləşən, “Yeni məktəb” (The New School)Universitetinin nəzdindəki, “Zolberq Miqrasiya İnstitutunun” nəzdində yerləşir.

1919-cu ildən fəaliyyət göstərən, 1933-cü ildə Hitler Almaniyasında qurtulmağa çalışan alimlər üçün yaradılan “Sürgün Universitetin”( University in Exile)təsis edildiyi “Yeni Məktəb Universiteti” 1919-1997-ci illərdə “Yeni Sosial Tədqiqatlar Məktəbi”( The New School forSocial Research), 1997–ci ildən isə, New School University adlanıb..

Aşağıdakı Şəkil: Arien Mak məqsədinə çatır: “Sürgündə Yeni Universitetinin” ilk üzvü -Türkiyəli alim olur.   “Sürgündəki Yeni Məktəbdə” ilk qonaq türk alimi olur//Turkish Scholar in Exile Arrives at the New School[12]

zay33.jpg (125 KB)

 zay35.jpg (62 KB)

zay36.jpg (82 KB)

zay37.jpg (87 KB)

zay38.jpg (118 KB)

Ardı var

mənbə: musavat.com