Rüfət Həsənov Mədəniyyət Nazirliyinin Audivizual və İnteraktiv Media şöbəsinin müdiri vəzifəsindən azad olunub.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Rüfət Həsənov öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Xatırladaq ki, Rüfət Həsənov həm də Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edir.