Babək rayon icra başçısının müavini işdən azad olunub.
Bununla bağlı Babək Rayon İcra hakimiyyətinin başçısı Rasim Hüseynov sərəncam imzalayıb.
Sərəncama əsasən, icra başçısının 1-ci müavini Heydər Həsən oğlu Əliyev işdən çıxarılıb. İcra başçısının digər sərəncamı ilə Məmmədxanlı Emin Nurəddin oğlu müavin vəzifəsinə təyin olunub./Qaynarinfo