​Bu şəxslərin DİQQƏTİNƏ! - sentyabrın 17 -də...

​Bu şəxslərin DİQQƏTİNƏ!
16:15 11.09.2023
127 Siyasət
A- A+

Dövlət İmtahan Mərkəzi tərəfindən 17 sentyabr 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək.

DİM-dən verilən məlumata görə, namizədlər "İmtahana buraxılış vərəqəsi"ni bu linkdən çap edə bilərlər.

İmtahan iştirakçıları üçün "Yaddaş kitabçası" da namizədlərə təqdim olunur.

Namizədlər buraxılış vərəqəsi ilə bir yerdə şəxsiyyəti təsdiq edən sənədin əslini imtahana gətirməlidirlər.