​Ermənistan və qondarma rejim razılıqları kobud şəkildə pozur - XİN

​Ermənistan və qondarma rejim razılıqları kobud şəkildə pozur
14:35 12.09.2023
129 Siyasət
A- A+

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İsveçrədə BQXK prezidenti Miryana Spolyariç Eqqer ilə görüşü zamanı Azərbaycan qanunvericiliyinə və müvafiq prosedurlara əməl etməklə BQXK vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan paralel istifadənin zəruriliyi vurğulayıb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir bildirib ki, əldə olunan razılıqlara baxmayaraq, Ermənistan və onun yaratdığı qondarma rejim bu razılıqları kobud şəkildə pozur.

Hazırda Laçın yolundan gündəlik əsasda hər iki istiqamətdə erməni sakinlərin keçidinin təmin edildiyi halda Ermənistanın "blokada" iddialarının əsassız olduğu vurğulanıb.

Ümumiyyətlə, Azərbaycan vasitəsilə əraziyə yüklərin daşınmasına maneçilik törədilməsinin siyasi manipulyasiya olduğu, Ermənistanın separatçılığı qızışdırmaq cəhdlərinin tərkib hissəsi olduğu qeyd edilib.