Bakıda binadan uşaq maşını oğurlayan şəxs kameralara düşüb.
Sulh.info.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Mirmahmud Kazımovski, 32/15 ünvanında baş verib.
Dünən axşam 19 radələrində 7 mərtəbəli yaşayış binasına daxil olan şəxs evin qapısının qarşısından 500 manatlıq uşaq maşınını götürərək qaçıb.
Uşağın valideyni hesab edir ki, oğru onları təqib edib:
“Bizim dalımızca gəlib. Maşını qapının ağzında qoyub içəri keçdik. Heç beş dəqiqə keçmədi ki, maşını oğurladı”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.