Bakıda “Sədərək” ticarət mərkəzindəki mağazalardan birində uşaq arabasından pulqabı oğurlayan şəxslər ələ keçib.
Sulh.info.az xəbər verir ki, bu barədə Baku.ws-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 9-da Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini olan qadının uşaq arabasından içərisində 918 manat pul və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri 50 yaşlı Seymur Rzayev və 33 yaşlı Anar Mirabasov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.