​Hamıya analıq dərsi verən məşhur “yutuber” öz uşaqlarına işgəncə verirmiş - HƏBS OLUNDU

​Hamıya analıq dərsi verən məşhur “yutuber” öz uşaqlarına işgəncə verirmiş
12:54 13.09.2023
128 Maqazin
A- A+

Dünyaca məşhur "yutuber" Ruby Franke öz uşaqlarını istismar etdiyi üçün həbs edilib.

Sulh.info.az lent.az-a istinadən bildirir ki, o, analıq və valideynlik məsləhətləri verdiyi "yutuber"  kanalı ilə bu mövzuda dünyanın ən məşhur adlarından biri olub. O, evdə  təhsillə bağlı da valideynlərə məsləhətlər verirdi. Ruby Franke zaman-zaman qeyri-ənənəvi üsulları və sərt rəftarı ilə tənqid də olunub.

Məşhurun 12 yaşlı oğlu evdən qaçaraq qonşusuna sığınıb. Uşağın kəndirlə bağlandığı və bədənində kəsiklər və əzilmələr olduğu görünüb. Üstəlik, bədbəxt uşaq günlərlə ac qalıb.

Ailənin böyük qızı bundan əvvəl də vəziyyətdən şikayət etməyə çalışdığını, lakin uğursuz olduğunu açıqlayıb. Onların qonşuları da uşaqların vəziyyətindən narahat olduqlarını və sosial xidmətlərə zəng vurduqlarını açıqlayıb, lakin heç bir nəticə ala bilməyib.

Məşhur "yutuber" in  bacıları da birgə açıqlama veriblər. Onun bacıları Ruby Frankenin heç vaxt azadlığa buraxılmamasının lazım olduğunu, onun təhlükəli insana çevrildiyini açıqlayıblar. Bundan əvvəl uşaqlara ziyan gəlməsin deyə susduqlarını da bildiriblər.

"İnstagram" da açıqlama verən ailənin böyük övladlarının da bu işdə şahid olması və analarının əleyhinə ifadə verməsi gözlənilir.