Oğuz rayonunda qətl hadisəsi törədilib.
Hadisə rayonun Mollalı kəndinə yaxın meşəlik ərazidə baş verib.
Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Kərimov Toğrul Söhbət oğlu həmkəndlisi olan 1992-ci il təvəllüdlü Məmmədov Pərvin Əlfəddin oğlunu borcu olduğu üçün 3 gün əvvəl meşəlik əraziyə tüfənglə öldürmək məqsədilə aparıb. Apardığı ərazidə onu öldürüb basdırmaq məqsədilə qəbir yeri qazıb.
Bu zaman əlbəyaxa dava düşüb. Nəticədə tüfəngdən qəfil açılan atəş Kərimov Toğrul Söhbət oğlunun qarın boşluğuna dəyib və o, hadisə yerində vəfat edib. Məmmədov Pərvin həmin yerdə qazılmış qəbirdə həmkəndlisi Toğrul Kərimovu basdırıb və hadisəni gizlədib.
Hadisəni törətməkdə şübhəli bilinən Məmmədov Pərvin Əlfəddin oğlu artıq saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb./report.az