​Azərbaycanda DƏHŞƏTLİ STATİSTİKA - Hər gün 60-a yaxın ailə BOŞANIR

​Azərbaycanda DƏHŞƏTLİ STATİSTİKA
16:55 14.09.2023
127 Toplum
A- A+

Azərbaycanda boşanmaların sayı artıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyulunda 29 191 nikah və 12 610 boşanma halları qeydə alınıb.

Bu isə həmin müddətdə təxminən hər gün 60-a yaxın ailənin rəsmi şəkildə boşanması deməkdir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 4,9-a düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.