Sentyabrın 15-də Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Bakı şəhərinin azad edilməsinin 105 illiyi ilə əlaqədar olaraq "Türk Şəhidliyi" abidəsini ziyarət edib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Abidə qarşısına Müdafiə Nazirliyi adından qızılgül çələngi qoyulub, qərənfillər düzülüb və şəhidlərin xatirəsi ehtiramla yad edilib.