Dünyaca məşhur model və aktrisa Emili Ratakovski son paylaşımı ilə gündəmə səs salıb.
Referans.az Bizim.Media-ya istinadən xəbər verir ki, o, “TikTok” hesabında yayımladığı videoaçıqlamada boşandıqdan sonra onu nahara dəvət etmək istəyən hər hansı bir oğlanla görüşməyə hazır olduğunu bildirib.
“Mən bu yaxınlarda subay, məni şam yeməyinə dəvət etmək istəyən hər kəslə görüşmək qərarına gəldim”, - deyə Emili vurğulayıb.
Boşandıqdan sonra keçirdiyi sarsıntı və stress səbəbi ilə dərin depressiyaya düşən Ratakovski uzun müddət psixoloji bərpa prosesi keçib. Podium ulduzu müalicələrin onun psixoloji vəziyyətinə müsbət təsir göstərdiyini dilə gətirib.
Qeyd edək ki, Emili Ratakovski rejissor əri Sebastian Bear-McClarddan dörd illik evliliyindən sonra, iddiaya görə, davamlı xəyanətinə görə keçən il boşanıb. Bundan sonra Emili açıqlamasında bildirib ki, əri ilə ayrılandan sonra nəhayət, özünü azad hiss edib. Emilinin keçmiş nikahından Silvester adlı övladı var.