​Astarada torpaq sürüşməsi: Hazırda ərazidə vəziyyət necədir? - AÇIQLAMA

​Astarada torpaq sürüşməsi:
14:09 15.09.2023
194 Toplum
A- A+

Astara rayonunun ucqar dağlıq ərazilərində torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi nəticəsində bir evin qəzalı vəziyyətə düşməsi barədə məlumat yayılıb.

Məsələ İlə bağlı Trend-ə açıqlama verən Astara Rayon İcra Hakimiyyətinin birinci müavini Allahverən Mahmudov bildirib ki, sürüşmə baş verən yerdə bir ailə yaşayır.

"Evə heç nə olmayıb. Ev Hirkan Milli Parkının ərazisində qanunsuz tikilib. Evin sahibinə müvafiq qurumlar əvvəllər də xəbərdarlıq etmişdilər ki, həmin ərazi təhlükəlidir. Sürüşmə nəticəsində palçıq gəlib evə dirənib. Əraziyə yerli qüvvələri səfərbər etmişik. İki gün əvvəl ailə təxliyə edilib. Hazırda vəziyyət stabildir".

O bildirib ki, evə baxış keçirildikdən sonra onunla bağlı yekun rəy veriləcək.

"Aramsız yağışlar nəticəsində kənd ərazisindən keçən çayın daşması nəticəsində kənd ərazisində piyada körpüsü də uçub. Körpünü sakinlər salmışdılar. Əsas körpü uçan körpüdən bir qədər aralıdadır və dağılmayıb. Sakinlər hazırda ondan istifadə edirlər. Biz rəy verildikdən sonra həmin ailəni oradan köçürmək istəyirik. Yəqin ki, onlara yeni evin verilməsi nəzərdə tutulacaq".