ABŞ Hərbi Hava Qüvvələri müharibə vəziyyətinə hazırlıq çərçivəsində Rusiya sərhədlərinə yaxın yerləşən Şemya adasındakı hava limanına F-16 qırıcıları göndərib.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə “Forbes” jurnalının eksperti Devid Eks yazıb.
Müəllif qeyd edir ki, bu ilin may ayından etibarən ABŞ Hərbi Hava Qüvvələrinin komandanlığı Alyaskada təlimlər keçirir. Əsas vəzifə mümkün qədər çox kiçik aerodromlara eniş və uçuş etməkdir:
“Bu təlimlər Rusiya ilə genişmiqyaslı müharibənin məşqi idi. Hərbi Hava Qüvvələri rusların müharibə zamanı böyük bazalara ballistik və qanadlı raketlərlə hücum etməsini gözləyir”.