Son saatlar ərzində Azərbaycan ordusu demək olar ki, bütün istiqamətlərdə mühüm irəliləyiş əldə ediblər.
Sulh.info.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu separatçıların sabiq "baş naziri" Artak Beqlaryan deyib.
"Onlar bəzi ərazilərdə mühüm uğurlar əldə ediblər. Artıq Xankəndi yaxınlığındadır", - Artak Beqlaryan yazıb.
Bu arada separatçıların "rəhbəri" Samvel Şahramanyan iclas keçirib. O, qeyd edib ki, beynəlxalq aktorların mövcud vəziyyətə və onun aradan qaldırılmasına reaksiyası qeyri-adekvatdır və heç bir əməli addım atılmır, bunun əsasında təhlükəsizlik üçün müvafiq addımlar atılacaq.