​Terrorçu rejim təslim olmağa razılıq verdi

​Terrorçu rejim təslim olmağa razılıq verdi
12:16 20.09.2023
135 Siyasət
A- A+

Xankəndidəki terrorçu rejimin rəhbəri Samvel Şahramanyan Azərbaycanın şərtlərini qismən qəbul etməyə hazır olduğunu bildirib.

Bu barədə cinayətkar rejimə yaxın “Telegram” kanalları xəbər yayıb. Samvel Şahramanyan bu barədə “Təhlükəsilik Şurası”nın iclasında açıqlama verib. Toplantıda separatçı rejimin keçmiş rəhbərləri Araik Arutyunyan, Arkadi Qukasyan və Bako Saakyan da iştirak edib. Şahramanyan beynəlxalq ictimaiyyəti passivlikdə qınayaraq bəyan edib ki, əhalinin fiziki təhlükəsizliyinin təmin etmək məqsədilə Azərbaycanın irəli sürdüyü şərtlər əsasında “danışıqlar masası”na oturmağa hazırdır.

Qeyd edək ki, rəsmi Bakı erməni icmasının nümayəndələri ilə Yevlax şəhərində dialoq keçirməyə hazır olduğunu bildirib. Lakin bu təmasın baş tutması üçün qondarma rejim özünü buraxaraq təslim olmalı və qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarılmalıdır./cebhe.info