Azərbaycan tərəfi Qarabağ ermənilərinin nümayəndələrinə Bakıya təhvil veriləcək separatçıların siyahısını təqdim edib.
Bu barədə “Hraparak” nəşri yazır.
Nəşr qeyd edir ki, Azərbaycan tərəfi ilə Qarabağın erməni sakinlərinin nümayəndələri artıq danışığa başlayıb.
“Əhalinin təxliyəsi, humanitar dəhlizin təmin edilməsi üçün artıq danışıqlar başlanıb. Azərbaycan tərəfinə təhvil verilməli olan Qarabağın erməni sakinlərinin adları təqdim edilib”, - erməni KİV iddia edib.
Siyahıya separatçıların keçmiş liderlərinin, xunta rejimin idarəçiliyində yer şəxslərin, Azərbaycan ərazisində separatizm və terror fəaliyyəti ilə məşğul olanların, hər iki Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı kütləvi qırğınlarda iştirak edən və axtarışda olan digər separatçıların adları daxil edilib./News24.az