Bu gün Azərbaycan tərəfi Qarabağdakı separatçılara Bakıya veriləcək şəxslərin adlarını bildirib.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
İddia olunur ki, siyahıda Qarabağ separatçıların keçmiş liderlərinin, Azərbaycan ərazisində separatizmdə fəal iştirak etmiş, birinci və ikinci Qarabağ müharibələri zamanı Azərbaycan ordusuna və mülki əhaliyə qarşı vəhşilik və ağır cinayətlər törətmiş şəxslərin adları yer alıb.