​İlham Əliyevdən erməni əhalisinə MÖHTƏŞƏM DƏVƏT

​İlham Əliyevdən erməni əhalisinə
10:19 21.09.2023
112 Siyasət
A- A+

Azərbaycan azad cəmiyyətdir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində səsləndirib.Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir.

“Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq, İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə biz Qarabağda yaşayan erməni əhalisini bax buna dəvət edirik”, - İ.Əliyev qeyd edib.