Yevlaxda Azərbaycanın rəsmi nümayəndələri ilə erməni icmasının görüşü yaxın saatlarda baş tutacaq.
Danışıqlarda Azərbaycan tərəfini deputat Ramin Məmmədov təmsil edəcək.
Qeyd edək ki, mart ayında Prezident İlham Əliyev onu Qarabağ bölgəsinin erməni sakinləri ilə təmaslara cavabdeh təyin edib.