Yevlaxda Azərbaycanın rəsmi nümayəndələri ilə erməni icmasının görüşü yaxın saatlarda baş tutacaq.
Danışıqlarda Azərbaycan tərəfini deputat Ramin Məmmədov təmsil edəcək.
Maraqlıdır ki, Ramin Məmmədovun özü də Qarabağdandır. O, 1979-cu ildə Ağdərə şəhərində anadan olub, orta məktəbə isə Şuşa şəhərində gedib. 1985-1992-ci illərdə Şuşa şəhər 2 saylı orta məktəbdə oxuyub, şəhərin işğalından sonra təhsilini Bakıda davam etdirib.
2020-ci ildən etibarən 6-cı çağırış Milli Məclisin deputatıdır./Metbuat.az