​Əlcəzairdə fransız dili qadağası

​Əlcəzairdə fransız dili
18:45 24.10.2021
306 Dünya
A- A+

Fransa ilə yaşanan gərginlikdən sonra Əlcəzair Peşə Təhsili Nazirliyi, Gənclər və İdman Nazirliyi rəsmi yazışmalarda fransız dilinin istifadəsini qadağan edib.

SÜLH.İNFO.az BBC-yə istinadla xəbər verir ki, Peşə Təhsili Nazirliyinin sosial media hesabından edilən açıqlamada nazirlik daxilindəki təlimlərdə və bütün rəsmi yazışmalarda ərəb dilinin məcburi olduğu bildirilib.

Başqa bir qurum, Gənclər və İdman Nazirliyi daxili yazışmalar da daxil olmaqla bütün rəsmi ünsiyyətlərdə yalnız ərəb dilindən istifadə etməyi məcbur edib.