​Əhaliyə ŞAD XƏBƏR - Gələn ildən...

​Əhaliyə ŞAD XƏBƏR
15:15 21.09.2023
A- A+
2024-cü ildə Azərbaycanda əhalinin nominal gəlirləri 84,1 milyard manat, nominal xərcləri isə 81,4 milyard manat proqnozlaşdırılıb. Bu isə 2023-cü illə müqayisədə müvafiq olaraq 8,3% və 8,6% çoxdur.
 
Sulh.info.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
 
Gələn il həmçinin, orta aylıq əməkhaqqı 980 manat proqnozlaşdırılıb. Bu isə 2023-cü il üzrə müəyyən edilən göstəricidən 5,4% çoxdur.