Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Qarabağdakı son vəziyyətlə bağlı açıqlama verib.
Zaxarova Fransanın və şəxsən Emmanuel Makronun vasitəçilik cəhdlərinin uğursuz olduğunu deyib:
“Görün bu, nəyə gətirib çıxardı. Paris vasitəçilik gündəminə mane olmağa çalışdı və Fransanın hamıdan, xüsusən də Rusiyadan daha yaxşı vasitəçilik edə biləcəyini söylədi. Rusiya vasitəçi kimi öz funksiyalarını yerinə yetirdiyi bir vaxtda nizamlanmaya doğru sülh yolu ilə irəliləmək üçün həqiqətən də yaxşı, fundamental əsaslar var idi. Qərb ideologiyası situasiyaya girməyə başlayan kimi hər şey dəyişdi”.
O qeyd edib ki, bu, Qərbin vasitəçiliyinə meyil edəcək hər kəs üçün dərs olmalıdır.