​Ordubadda olay: Gəlin qayınanasına xəsarət yetirdi, əri isə... – Təfərrüat

​Ordubadda olay:
14:51 22.09.2023
308 Hadisə
A- A+

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda 1980-ci il təvəllüdlü Səmayə qayınanası Gülşənə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Hadisə bu il iyulun 27-də Ordubad rayonunun Üstüpü kəndində baş verib. Səmayə qayınanası Gülşənlə mübahisə zamanı onu döyüb.

Səmayənin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Səmayə verilən ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Ordubad rayonunun Üstüpü kəndində yaşayır: “İyulun 27-də təxminən 18.00-da balaca oğlum Sahib evdə yatdığı üçün həyətdə mallara baxmağa çıxdım. Oğlumun ağladığını eşidəndə evə qaçdım. Ondan nə üçün ağladığını soruşdum. Uşaq nənəsinin televizora çox səs verdiyi üçün qorxduğunu dedi. Qayınanamdan nə üçün belə etdiyini soruşdum. O isə məni təhqir etdi, evin yiyəsi olduğunu, bizim bu evdən getməli olduğumuzu dedi. Qayınanama cavab verdim ki, bu evdə əziyyətim var, ona görə yaşamaq haqqım da var”.

Təqsirli bilinən şəxs deyib ki, axşam saat 19.00-da həyat yoldaşı Əhməd evə gələn kimi qaynanası aralarında olan söz-söhbəti ona çatdırıb: “Əhməd isə yorğun olduğu üçün məsələyə məhəl qoymadı. Səhəri günü tezdən həyat yoldaşımın dağa yola saldıqdan sonra qayıdıb yatağıma uzandım.

Saat təxminən 08.45-də yuxudan oyananda qapının açıq qoyulduğunu, qayınanamın isə evdə olmadığın gördüm. Saat 12.00-da həyat yoldaşım dağdan gəldi, anasının harada olduğunu soruşdu. Mən də bilmədiyimi dedim. Bu zaman Əhməd hirsləndi. Dedi, harada olur-olsun, anamı tap. Yoldaşımın bur hərəkətindən hirsləndim, uşaqlarımı da götürərək evdən çıxdım. Naxçıvan şəhərinə, anamın evinə getdim”.

Səmayə qeyd edib ki, daha sonra Ordubad rayon polis şöbəsinə zəng edib və qayınanasının tapılması üçün müraciət edib: “Avqustun 1-də Ordubad rayon polis şöbəsindən mənə telefon zəngi gəldi. Mənə qaynanamın tapıldığı barədə məlumat verildi. Avqsutun 4-də təkrar Ordubad rayon polis şöbəsinə müracət etdim. Bildirdim ki, həyat yoldaşım mənə hirslənib, anasını tapmaq üçün məni evdən qovub. Polis əməkdaşları həyat yoldaşıma zəng etdi, o, anamgilə gəldi, məni götürərək evə apardı”.

İş üzrə zərərçəkmiş Gülşənin sözlərinə görə, iyulun 27-də yaşadığı evdə gəlini Səmayə ilə aralarında sözlü mübahisə yaranıb: “Səmayə məni təhqir etdi, sinə nahiyəmdən zərbə ilə vurdu. Başqa otağa keçərək qapını bağladım. Səmayə isə mətbəxdən bıçaq götürdü və oğlduğum otağa hücüm çəkdi. Məndən qapını açmağımı tələb etdi, məni öldürəcəyi ilə hədələdi. Nalayiq ifadələr işlətdi, məni təhqir etdi”.

Şahid qismində ifadə verən Əhməd bildirib ki, iyulun 27-də, axşam saat 19.00-da evinə gəlib: “Evə gəldikdə anamla həyat yoldaşım arasında söz-söhbət olduğunu bildim. Hər ikisi sakitləşdi, hamımız yatdıq. Səhər tezdən dağa getdim. Saat 12.00-da qayıdarkən anamın evdə olmadığını gördüm. Həyat yoldaşım anamın evdən getdiyini dedi. Səbəbini soruşanda üstümə hirsləndi. Ondan anamı tapıb gətirməli olduğunu bildirdim.

Həyat yoldaşım polisə müracət edərək anamın axtardı. Anamın Babək rayonu, Güznüt kəndində olduğunu bildik”.

Bu işə Ordubad rayon Məhkəməsində baxılıb.

Məhkəmənin qərarına əsasən Səmayənin barəsində olan inzibati işə xitam verilib. O, məsuliyyətdən azad edilib./Teleqraf.com