"Rusiya xüsusi təyinatlıları Paşinyanı devirmək üçün İrəvana gəliblər".
Sulh.info.az Haqqin.az-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Veryovkin deyib.
O iddia edir ki, Moskva Ermənistana xüsusi təyinatlı dəstə yerləşdirib və İrəvanda çevriliş hazırlayır:
"Meydandakı izdiham Ermənistanın baş nazirini devirməyə qadir deyil, amma Rusiya xüsusi təyinatlıları bunu edə bilər. Paşinyan bütün bunları görür və artıq yardım üçün ABŞ-a müraciət edib. İndi ABŞ-ın reaksiyasını gözləməliyik. Vaşinqton Rusiyaya Ermənistanın baş nazirini devirməyə icazə verəcəkmi?".
Rusiyalı politoloqun fikrincə, Ermənistan ermənilərin dövlətçiliyinin gələcəyinin asılı olduğu dilemma qarşısındadır: "Büdcəsi 80% Rusiyadan asılıdır, silahları tamamilə ruslarındır, strateji müəssisələri Rusiya şirkətlərinin aktivlərindədir. Ola bilər ki, Paşinyanı devirmək cəhdi olsun. Amma onu Köçəryan-Sarkisyanın rəhbərliyi altındakı marjinal müxalifət yox, Rusiya xüsusi təyinatlıları uzaqlaşdıra bilər".