Sosial media, elektron poçt və ya SMS vasitəsilə göndərilən "Linkə keçid et, hədiyyə qazan" və fişinq məqsədi daşıyan saxta internet saytlarından ehtiyatlı olun. “Hədiyyə qazandınız” kimi anidən gələn gözlənilməz mesajlara inanmayın!
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
"Belə linklərə klikləməyin. Şəxsi məlumatlarınızı paylaşmayın. Heç bir ödəniş etməyin" - məlumatda qeyd olunub.