Konyada yoxa çıxan 35 yaşlı Bedriye Kılıçın həyat yoldaşını sadəcə müsahibə verdiyi üçün qısqandığını eşidən Müge Anlı canlı yayımda reaksiyasız qala bilməyib.
ATV ekranlarında yayımlanan "Müge Anlı və Tatlı Sert" proqramına müraciət edən ana və ata qızları 35 yaşlı 3 uşaq anası Bedriye Kılıçın iyulun 6-da Konyada itkin düşdüyünü söyləyərək kömək istəyib. İtkin düşən qadının bir xəbərlə bağlı müsahibə verdiyi üçün ərinin onu qısqandığını eşidən aparıcı əsəbindən susa bilməyib.