Zərdabda 23 yaşlı oğlan ölü tapılıb.
Sulh.info.az Trend-ə istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Bıçaqçı kənd sakini Səmədov Bilal Sabir oğlunun meyiti atası Sabir Səmədov tərəfindən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki tövlədə asılmış vəziyyətdə aşkar edilib.
Belə ki, onun intihar etdiyi ehtimal edilir.
Hadisə ilə bağlı Zərdab rayon prokurorluğunda araşdırma aparılır.