​Əmisi Qənirə Paşayevanın səhhəti ilə bağlı yayılan iddialara CAVAB VERDİ

​Əmisi Qənirə Paşayevanın səhhəti ilə bağlı yayılan iddialara
15:51 25.09.2023
149 Toplum
A- A+

“Milli Məclisin Mədəniyyət komitəsinin sədri deputat Qənirə Paşayevanın vəziyyəti stabildir”.

Bunu Oxu.Az-a açıqlamasında Qənirə Paşayevanın əmisi, professor Qəzənfər Paşayev deyib.

Əmisi deputatın vəfat etməsi ilə bağlı yayılan xəbərlərin yalan olduğunu qeyd edib:

“Yayılan ölüm xəbəri yalandır. Qənirənin vəziyyəti eynidir. Aparata qoşulub. Hamı irəliləyiş olmasını gözləyir. Dünən cüzi irəliləyiş oldu. Təzyiqi qalxdı. Hazırda səhhəti ağır stabil olaraq qalıb”.

Q.Paşayev dövlətin xüsusi qayğı göstərdiyini qeyd edib:

“Qənirə dövlətin xüsusi nəzarətindədir. Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi diqqət göstərir. Türkiyədən həkimlər çağırılıb. Dünən Heydər Əliyev Fondunun direktoru Anar Ələkbərov da baş çəkdi. Bunlar hamısı dövlətin qayğısıdır”.

Xatırladaq ki, deputat sentyabrın 24-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə gətirilib.