“Türkiye” qəzeti regionumuzla bağlı sensasion iddia ilə çıxış edib. Nəşrin məlumatına görə, İran və Ermənistan Zəngəzurda qoşun toplayır.
İranla Ermənistanın sıx əlaqədə olduğu hər kəsə bəllidir. Tehran hətta Zəngəzur dəhlizinə qarşı çıxaraq, onun İran üçün qırmızı xətt olduğunu bəyan edib. Eyni zamanda görünən odur ki, Qərbdə bəzi qüvvələr İranın da prosesə müdaxiləsilə regionda gərginliyin yenidən alovlanmasında maraqlıdırlar.
Görəsən, İranla Ermənistan Zəngəzurda qoşun toplamaqla Azərbaycana qarşı hansı təxribatlar hazırlayırlar?
Sulh.info.az xəbər verir ki, Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri bildirir ki, bu təxribatın arxasında Qərbdəki bəzi qüvvələr, xüsusən Fransa dayanır.
Həmsöhbətimizin fikrincə, onlar Ermənistanı Azərbaycana qarşı müharibəyə təhrik etməklə İranı da prosesə qoşub regionda böyük bir müharibəni tətikləmək istəyirlər:
“Ermənistanın Zəngəzura qoşun toplaması xəbəri doğrudur. Çəkindirici məqam olaraq ortaya atılıb. İran hər zaman vurğulayıb ki, Zəngəzur və İran-Ermənistan sərhədi onlar üçün qırmızı xəttdir. Ancaq İrəvanın buna gedəcəyi inandırıcı deyil. Antiterror əməliyyatı başlayanda Ermənistan baş naziri Paşinyan bildirdi ki, ölkəsini Azərbaycana qarşı müharibəyə təhrik etmək istəyən qüvvələr var, ancaq Ermənistan prosesə müdaxilə etməyəcək. Onun bu çıxışını Azərbaycan Prezidenti antiterror əməliyyatından sonra xalqa müraciətində strateji və doğru addım adlandırdı. Yəni Ermənistan nə Fransa, nə də ABŞ-ın oyununa gəlmədi.
Paşinyan bu çıxışı ilə Ermənistanı Azərbaycana qarşı müharibəyə təhrik etməklə İranı da prosesə qoşub böyük bir müharibəni tətikləmək istəyənlərin gözləntilərini yarı yolda qoydu. Bu mənada “Türkyə” qəzetinin yazdıqlarında həqiqət var.
Bəzi qüvvələr həqiqətən də çalışır ki, İranın da iştirakı ilə bölgədə vəziyyəti qızışdırsınlar.
Ancaq Paşinyan bu hiyləni gözəl anlayaraq, onun baş tutmasına imkan vermədi. Baxmayaraq ki, o Fransanı özünə müttəfiq saysa da, bunun arxasında Ermənistan dövlətinin tamamilə məhv olma ehtimalını da dəyərləndirə bildi. Nəticədə, bir sıra xarici qüvvələri bu niyyətləri də puça çıxdı”.