Azərbaycanda məktəbli intihara cəhd edib.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə sisial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, jurnalist Pərvin Abışovanın azyaşlı qızı intihara cəhd edib:
"Şagirdin vəziyyəti orta ağırdır. İntihara cəhdin səbəbi isə sinif yoldaşının valideyni tərəfindən davamlı olaraq təhdid və təhqir edilməsidir.
Ehtimal edirəm ki, bu məsələdə kimlərinsə də əli var. Azyaşlıya qarşı bu kin, nifrət haradan formalaşıb?" - deyə paylaşımda qeyd edilib.