​Xankəndidə dəhşətli partlayışı kim törədib? – Xain planın üstü açıldı

​Xankəndidə dəhşətli partlayışı kim törədib?
13:54 26.09.2023
161 Siyasət
A- A+

“İnanmıram ki, Xankəndidə dünən baş verən partlayış təsadüfi hadisə olsun. Bu, əvvəlcədən planlaşdırılmış, siyasi məqsədlər güdən bir hərəkətdir”. 

 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib.

 

Analitik ötən gün Xankəndinin girəcəyində yerləşən yanacaqdoldurma məntəqəsində baş verən və 20 insanın ölümü ilə nəticələnən hadisənin pərdəarxası məqamlarına toxunub.

 

Siyasi şərhçi bu hadisədə separatçıların əlinin olması ehtimalını istisna etməyib:

 

“Partlayış olan yer Xankəndinin ən böyük yanacaqdoldurma stansiyasıdır. Deyilənə görə, orada, hətta 100 min tona qədər yanacaq yerləşdirilə bilər. Mən inanmıram ki, bu qədər tutumlu olsun, lakin hər halda görünən odur ki, böyük bir məntəqə imiş və Xankəndidə yaşayan əhalinin ehtiyaclarının böyük bir qismini ödəyirmiş”.

 

Müsahibimiz hesab edir ki, hadisəni törədən separatçılardır və ola bilsin ki, hadisənin başında separatçıların ən yuxarı mərtəbəsində yerləşən şəxslər dayanır:

 

“100% onlar bu hadisəni törədiblər ki, bunu bölgədə baş verən bütün proseslərdən cavabdeh olan Rusiya sülhməramlıları və Azərbaycan Ordusunun üzərinə atsınlar. Onsuz da yanacaqdoldurma stansiyası və onun ətrafında, ümumiyyətlə, Xankəndidə Azərbaycan Silahlı Qüvvələrinin mənsubları yoxdur. Sadəcə olaraq, separatçılar bunu xüsusi hazırlanmış bir hadisə kimi təqdim edib bunu Azərbaycanın boynuna yıxa bilərlər”.

 

Onun sözlərinə görə, buna sübutlar lazımdır və hadisə isbat edilməlidir:

 

“Əgər Azərbaycan Xankəndiyə yanacaq göndərirsə, şəhərin elektrik enerjisini, qazını, benzinini və digər yanacaq məhsullarının təminatını öz üzərinə götürürsə, bu hadisənin azərbaycanlıların törətməsi ehtimalı belə olan halda ağlabatan deyil. Bunu törədənlər erməni separatçılarıdır. Onlar bununla həm insanları qorxudur, həm xaos mühiti yaradır, həm də beynəlxalq aləmdə Azərbaycanı nüfuzdan salmaq üçün istifadə edirlər.