12 ay əvvəl qeydiyyatdan çıxarılsa da, hələ də qeydiyyata düşə bilmir.
Sulh.info.az Xəzər TV-yə istinadən bildirir ki, 3-cü qrup əlil Saleh Məmmədlinin 1ildir ki, heç bir yerdə qeydiyyatı yoxdur. Buna görə də öz işlə rini görə bilmir.
Saleh Məmmədli bildirir ki, 2009-cu ildən ərazi üzrə polis bölmə sində qeydiyyatda olub. Daha sonra qeydiyyatdan çıxarılıb və elə həmin gündən problemləri başlayıb.
Rəsmi qurumlara etdiyi müraciətlər nəticə vermədiyindən Saleh Məmmədli bu dəfə məhkəməyə üz tutub.
Onun sözlərinə görə, qeydiyyata düşə biləcəyi heç kimi olmadığı üçün problemi olduğu kimi qalır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda polis bölmələrində heç kimin qeydiyyatı aparılmır. Problemi olan hər kəs məhkəməyə müraciət edir.
Əgər məhkəmə qərar çıxarsa ki, qeydiyyat bölmədə olsun o zaman bu məsələyə baxılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: