​İrəvanın YENİ QORXUSU: Azərbaycanlılara Zəngəzur, Dərələyəz və Göyçə mahalında mənzil verilməlidir

​İrəvanın YENİ QORXUSU:
16:15 26.09.2023
138 Siyasət
A- A+

Ermənistanda Paşinyan tərəfdarları hesab edir ki, baş nazir geosiyasi islahatlar aparır. Cəmiyyəti bu cür mesajlarla sakitləşdirməyə çalışan hakimiyyət nümayəndələrinə müxalifətin təpkisi isə günü-gündən artır. Qarabağın itirilməsiylə barışan erməniləri indi də Zəngəzur məsələsi narahat etməyə başlayıb. Üstəlik dünən Milli Məclisdə “Qərbi Azərbaycana qayıdış: hüquqi aspektlər” mövzusunda dinləmələr Ermənistanda geniş narahatlıq yaradıb.

Dinləmələrdə Qərbi Azərbaycan İcmasının nümayəndələrinin yeni tələblər irəli sürməsi isə erməni cəmiyyətini əməlli-başlı silkələyib.

İndi düşmən ölkədəki siyasilər kələfin ucunu itiriblər və nəyin necə baş verdiyini analiz etməkdə çətinlik çəkirlər.

Qərbi Azərbaycandan qovulan 250 mindən çox əhalinin 300 yaşayış məntəqəsinə qayıtmaq perspektivini götür-qoy edərək onları gözləyən təhlükənin fərqindədirlər. Hələ üstəlik şəxsi təsərrüfatlara 2,5 milyard dollar, ictimai təsərrüfatlara isə 17,5 milyard dollar məbləğində dəyən ziyanın ödənilməsindən söhbət gedir və bu da Ermənistanda geniş müzakirələrə səbəb olub.

Ermənistan mətbuatı yazır ki, Azərbaycan bununla kifayətlənməyəcək. Növbəti hədəf azərbaycanlılara Zəngəzur, Dərələyəz, Göyçə mahalında mənzil verilməsi, həmçinin təhlükəsizlik zəmanəti əldə etməsidir./konkret.az