Sürücülərə cərimələrin ödənməsilə bağlı müxtəlif endirim kompaniyaları qismində elanlar təqdim olunur.
Sosial şəbəkələrdə yerləşdirilən bu elanlar saxtadır və məqsəd vətəndaşların şəxsi və bank kartları məlumatlarını ələ keçirtməkdir.
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşları diqqətli olmağa çağırır.
Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Elvin Hacıyev "Xəzər Xəbər"ə bildirib ki, "cəriməni buradan ödəyərək endirim əldə et" kampaniyası vədi verən "asancerime.com” səhifəsi ABŞ-də yaradılıb və vətəndaşlar belə vədlərə inanmasınlar.
Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq, cərimələr tez ödənildiyi halda 10 faiz endirim təbiq olunur.