Birinci Qarabağ müharibəsinin iştirakçısı, mülki azərbaycanlılara qarşı qəddarlığı ilə seçilmiş Samvel Babayan Xankəndidəki separatçılar haqda bir çox etiraflar edib.
Sulh.info.az axar.az-a istinadən bildirir ki, Ermənistan İctimai Televiziyasına müsahibəsində o, separatçı-terrorçu rejim başçılarının hamısının Rusiya FSB-sinə bağlı olduğunu deyib.
O bildirib ki, Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan hamısı FSB casuslarıdır:
"Keçmiş "prezidentlər" də casuslardır: Araiki çıxarıb, yerinə başqa casusu (Şahramanyan nəzərdə tutulur - red.) gətirdilər. Ruben Vardanyanı (Xankəndiyə göndərilən və burada bir müddət "dövlət naziri vəzifəsini" tutan rusiyalı milyarder - red.) da Rusiya göndərib. İndi Rusiya (Azərbaycana - red.) müraciət edib ki, Ruben Vardanyanın ölkədən çıxmağına imkan verilsiun. Niyə o, əvvəllər Rusiyanın agenti olmadığını deyirdi?"