​Binəli Yıldırım Anım Günü ilə bağlı paylaşım etdi

​Binəli Yıldırım Anım Günü ilə bağlı
14:55 27.09.2023
120 Dünya
A- A+

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, sabiq baş nazir Binəli Yıldırım 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.

Bu barədə o "X" (tvitter) sosial şəbəkə hesabında yazıb.

"Bu gün Qarabağ və işğal altındakı Azərbaycan torpaqlarının azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başladığı gündür. Bu şanlı mübarizənin ildönümü - Anım Günündə bütün şəhidlərimizi rəhmətlə anıram", - deyə qeyd edilib.

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.

Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.