Rusiya Ruben Vardanyanın həbsinə münasibət bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vardanyanın həbsindən xəbərsiz olduğunu bildirib.
“Məndə belə bir məlumat yoxdur, ona görə də bu məsələ ilə bağlı heç nə deyə bilmərəm. Amma, hər halda, onun Rusiya vətəndaşlığı var... Və təbii ki, biz onun hüquqlarını qoruyacağıq”, - Peskov bildirib.