​Melkonyan: “Qarabağda Azərbaycana tam dəstək verən iki ölkə var”

​Melkonyan:
17:00 27.09.2023
146 Siyasət
A- A+

“Qarabağda Azərbaycanın əməliyyatına kim dəstək verib?”

Bu sualı erməni politoloq Sergey Melkonyan yerli ictimaiyyətə ünvanlayıb.

Melkonyan həyasızlıqla bunu hətta “etnik təmizləmə” adlandırıb.

“İndiyədək yalnız iki ölkə Azərbaycanı ərazi bütövlüyünün bərpası, əslində isə “etnik təmizləmə” münasibəti ilə rəsmi təbrik edib.

Türkiyə bütün rəsmi orqanlar: Prezident, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Ukrayna isə prezidentin xüsusi nümayəndəsi Fyodor Venislavski səviyyəsində bəyan edib. Ola bilsin ki, siyahı Pakistan və digərləri ilə tamamlansın. Amma indiyə qədər yalnız Ukrayna və Türkiyənın adı önə çıxır. Məsləhət görürəm ki, Ukraynanı heçə sayan kanallara daha çox diqqət yetirəsiniz”, - deyə Melkonyan teleqram kanalında yazıb.