​TƏCİLİ! David Babayan könüllü olaraq Azərbaycana TƏSLİM OLDU

​TƏCİLİ!
10:11 28.09.2023
131 Siyasət
A- A+

Qondarma "Artsax" "prezidenti"nin müşaviri David Babayan könüllü olaraq Azərbaycan dövlətinə təslim olub.

Bu barədə özü açıqlama yayıb.

O bildirib ki, Xankəndidən Şuşaya gəlib:

"Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün "Stepanakert"dən Şuşaya getmək qərarına gəldim. Bu qərar, təbii ki, ilk növbədə yaxınlarıma böyük ağrı, narahatlıq və stress yaşadacaq, amma əminəm ki, onlar məni başa düşəcəklər. Mənim peyda olmamağım, daha da pisi, qaçmağım səbirli xalqımıza, bir çox insanlara ciddi ziyan vuracaq və mən vicdanlı bir insan, zəhmətkeş, vətənpərvər və xristian olaraq buna yol verə bilmərəm”, - deyə Babayan bildirib.