​Erməni sakinlərə heç bir təhdid törətmirik - XİN başçısı

​Erməni sakinlərə heç bir təhdid törətmirik
13:00 28.09.2023
148 Siyasət
A- A+

Azərbaycan erməni sakinlərə heç bir təhdid törətmir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 28-də ölkədə səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimlə görüş zamanı bildirib.

Görüşdə hazırda Azərbaycana qarşı davam edən qarayaxma kampaniyasının heç bir əsasının olmadığı, Azərbaycanın erməni sakinlərə heç bir təhdid törətmədiyi diqqətə çatdırılıb.