​Həbsdə olan sabiq hakimlə bağlı QƏRAR

​Həbsdə olan sabiq hakimlə bağlı
14:12 28.09.2023
158 Hadisə
A- A+

Ali Məhkəmədə Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq hakimi, dələduzluqda ittiham edilən Lətif Nəbiyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sabiq hakimin cəzasımı 4 il 6 aya endirib.

Qeyd edək ki, keçmiş hakim külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunub. İttihama görə, o, zərərçəkmiş Azad İbrahimova 247 min 500 ABŞ dolları, Rüstəm Abdullayevə isə 59 min 700 ABŞ dolları zərər vurub. L.Nəbiyev R.Abdullayevdən pulu iş qurmaq adı ilə alıb. A.İbrahimovla qohum olan L.Nəbiyev həmin şəxsin pulunu Bakıda dəniz kənarında torpaq almaq məqsədilə alaraq dələduzluq edib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham verilib. Onu da qeyd edək ki, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə L.Nəbiyevin statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub./Pravda.az