Son zamanlar məktəblərə göndərilən qiymətləndirmə barədə təlimatlarımızda da qeyd olunub ki, qapalı test tapşırıqları yeganə qiyməyləndirmə vasitəsi deyil.
Sulh.info.az Trend-ə istinadən bildirir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, test tapşırıqları bütün fənlərə müvafiq deyil:
"Qapalı testlərlə şagirdin biliyi 60-70 faiz qiymətləndirildiyi üçün, açıq tipli suallara ehtiyac yaranır. Bu suallarla şagirdin yazı işi, şifahi nitqi qiymətləndirilir".
Vəfa Yaqublu buraxılış və qəbul imtahanlarında sualların məzmununa da toxunub:
"Bu suallar şagirdin baxış bucağını və öyrəndiklərini həyata tətbiqini hansı formada başa düşdüyünü ölçən suallardır".