​Ermənistanda Paşinyana sui-qəsd törətmək istəyən daha bir nəfər yaxalandı

​Ermənistanda Paşinyana sui-qəsd törətmək istəyən
15:55 28.09.2023
139 Dünya
A- A+

Ermənistan İstintaq Komitəsi Muşeq Şuşanyan adlı bir vətəndaşın saxlanması barədə məlumat yayıb.

Məlumata görə, bu il mayın 9-da “YouTube” platformasında “Nikolun fiziki məhv edilməsi artıq bir məcburiyyətdir” başlıqlı videoçarx dərc olunub. Burada  Şuşanyan siyasi baxışların müxtəlifliyinə görə baş nazirin fiziki məhvinə dair çağırışlar səsləndirib.

Sentyabrın 22-də Şuşanyan özünün Facebook səhifəsində bu sözləri yazıb: “Ermənilərin oyanışı yalnız bir şərtlə başlaya bilər: Kikol və bütün xəyanətkar dəstə ölüm hökmünə məruz qalsa...”

Başqa bir statusda isə “Kikol və onun dəstəsini qəddarcasına məhv edin, polis, təhlükəsizlik orqanları sizi gözləyirəm”,-deyə çağırış səslənib.

Ermənistan İstintaq Komitəsi burada bəhs edilən “Kikol”un məhz “Nikol” olduğu fikrinə varıb.