İraqın Nineva əyalətində toyda baş verən, 120 nəfər ölümü ilə nəticələnən yanğının yeni görüntüləri yayılıb.
Hadisə toy zamanı fişənglərdən istifadə nəticəsində meydana gəlib.
Məlumata görə, mərasimin keçirildiyi zalda yanğın təhlükəsizliyi tələblərinə riayət olunmayıb.
Məkanda atılan fişəng səbəbindən başlayan yanğın nəticəsində insanlar diri-diri yanıb.
Çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı 9 nəfər saxlanılıb.
Son məlumatlara görə, isə xəsarət alanların sayının 450-dən çoxdur.
Referans.az sözügedən anın görüntülərini təqdim edir: