​Parlamentdə daha bir kreslo boş qaldı - Milli Məclisdə neçə yer "sahibsiz"dir?

​Parlamentdə daha bir kreslo boş qaldı
09:21 29.09.2023
130 Siyasət
A- A+

Hazırda Milli Məclisdə 116 deputat var, 9 yer boşdur.

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Milli Məclisin deputatı Qənirə Paşayeva müalicə aldığı xəstəxanada vəfat edib. Deputatın vəfat etməsi parlamentdə boş qalan yerlərin sayını yenidən gündəmə gətirib. Qənirə Paşayevanın vəfat etməsi ilə Milli Məclisdə boş qalan yerlərin sayı doqquza çatıb.

Referans.az-ın əldə etdiyi məlumata görə, 2020-ci ildə növbədənkənar seçkilər zamanı 4 dairənin nəticələri ləğv edilib:


33 saylı Xətai birinci seçki dairəsi - Hüseynbala Mirələmov
35 saylı Xətai üçüncü seçki dairəsi- Rauf Arifoğlu
74 saylı Lənkəran kənd seçki dairəsi - Hadı Rəcəbli
80 saylı İmişli-Beyləqan seçki dairəsi - Çingiz Qənizadə

2021-ci ildə 55 saylı Xaçmaz seçki dairəsindən deputat​ Eldəniz Səlimov restoranda polisi döydükdən sonra deputat mandatından məhrum edilib. ​​​

2022-ci ildə Abşeron-Qobustan seçki dairəsinin deputat Şahin Seyidzadə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilərək deputat mandatından imtina edib.

2020-ci ildə Fəttah Heydərov, 2023-cü ildə isə Madər Musayev, Qənirə Paşayeva vəfat edib.